Yeməkdən sonra gələn yuxunun səbəbi

Yemək sonrasında bəzi insanlar özünü yorğun hiss edir və yatmaq istəyir. Yuxunun yaranma səbəblərindən biri çoxlu qidalanmadır.

Türkiyəli mütəxəssisin sözlərinə görə bu proses həzm prosesi ilə əlaqəlidir. Belə ki,  həzm metobalizmi yemək yedikdən sonra həzm üçün bol miqdarda enerjiyə ehtiyac duyur. Başqa sözlə nə qədər çoxlu qida qəbul edilərsə bir o qədər enerjiyə ehtiyac yaranır. Xərclənən enerji sonrasında yaranan yorğunluq yuxulamalara səbəb olur.

Bu baxımdan qida qəbulunda böyük boşqabları kiçiltmək, başqa sözlə düzgün qidalanmaq lazımdır. Çünki, yemək sonrası qan şəkərində görülən artımın sürəti və miqdarı yeyilən qidalara görə dəyişik olur. Az qidalanmaq həmin prosesə kömək edərək yemək sonrası yorğunluğu və yuxu gəlməsini azaldır.


Ardı →

Gündəlik problemlər | Sağlam qidalanma necə olmalıdır

Ailəli qadınların gündəlik qayğılarının əsasını günün menyusu təşkil edir. Sadə dillə desək, «nə bişirim» problemi. Xüsusilə ailə həyatının ilk illərində qadınlar gündəlik qidanın nədən ibarət olduğunu dəqiq müəyyənləşdirə bilmirlər. Nahardan azacıq vaxt keçəndən sonra kiminsə yenidən yemək istəməsi başqa işələrə mane olur. Nə etmək lazımdır ki, ailə üzvləri bir-iki saatdan sonra yenidən acmasınlar? Təbii ki, bunun da çarəsi var. Bunun üçün nahara, şama nə bişirəcəyinizə qərar verməzdən əvvəl ərzaqların kalorisini dəqiqləşdirməyi unutmayın. Ən əsası isə hər şeyin ailəniz üçün maksimum xeyirli olmasına nəzarət edin.

Bəs gündəlik qidanın tərkibi necə olmalıdır? Unutmayın ki, düzgün qidalanma insanın sağlamlığı üçün ən vacib amildir. Gündəlik rasionda zülallar, yağlar, karbohidratlar, mineral duzlar və təbii ki, vitaminlər olmalıdır. Bu üzvi maddələrin hər biri müəyyən miqdarda insan orqanizmi üçün çox vacib və faydalıdır.

Zülallar                        
Zülallar hər bir canlı hüceyrədə olur. Onlar yeni hüceyrələrin yaranması, bütün orqanizmin toxumalarının bərpası və inkişafı üçün lazımdır. Zülallar həm heyvan, həm də bitki mənşəli olurlar. Heyvan mənşəli zülallar ən çox süd, ət, balıq və yumurtanın tərkibində mövcuddur. Tərəvəzlər, yarmalar, çörək bitki mənşəli zülallarla zəngindir. Qidalanma üçün meyvələrin, kələmin və kartofun tərkibinə daxil olan zülallar xüsusi əhəmiyyət kəsb edir. Hər bir insan gündə 100-120 qram zülal qəbul etməlidir. Fiziki işlə məşğul olan insanla üçün gündəlik zülal həddi 150-160 qramdır. Bu miqdarın 60 faizini heyvan mənşəli zülallar təşkil etməlidir.


Ardı →

Bədəni gənc və təravətli saxlayacaq qidalar

Yaşınızın neçə olmağından asılı olmayaraq bədəniniz sağlam və canlı olduğu müddətdə özünüzü həmişə gümrah, gənc hiss edəcəksiniz. Belə ki, kosmetika sektoru bu sahədə çox inkişaf etmiş olsa da, ən təsirli üsullara sağlam qidalanma və idmanla məşgul olmaq aiddir.

Amerika dieta saxlayanlar  dərnəyi, bədəni gənc və təravətli saxlayacaq yeməkləri, qidaları açıqlayıb. Bunlara sırf buğdadan hazırlanan makaron, qovrulmuş qarığdalı, yumurta, paxla, qatıq, kanola yağı, təbii şirniyatlar və desertlər (bal, bəhməz və s.) aiddir.

Ensklopedik biliklərə əsaslanan və söykənən bu qidalar insanlarda vaxtından tez yaşlanmağın qarşısını almaqla bərabər onları xərçəngə və ürək xəstəliklərinə qarşı qoruyur.

Sırf buğdadan hazırlanan makaron adı verilən bu qidanın tərkibində adi, normal makarondan üç qat artıq antioksidant var. Tədqiqatçılar tədqiqatlar zamanı qidada olan liflərin xolestrolu azaldaraq, ürək tutması xəstəliyi olan kəslərin bu riskdən uzaq olduğunu göstərir.


Ardı →